• last year
Seyyid Taleh Boradigahinin yeni ilahisi "Ömrüm Hüseynsiz Olmasın" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Kəlami Zəncani
Mus : Seyyid Taleh Boradigahi
Aranje : Fariborz Khatami
Video: Rəşid Seyidov


Bir Ağadır mənim ağam, əhli səmadır muştaqı
Fərşə qədəm qoyan kimi, ərşə gedibdir qundağı
Feyz verər dolandırar, aləmi xırda barmağı
Dərdlərə eyləyər dəva, ömrüm Hüseynsiz olmasın.

Aşiqi zarəm ey Xuda, ömrüm Hüseynsiz olmasın
Eşqim olubdur Kərbəla, ömrüm Hüseynsiz olmasın.

Olmasa şahdan etina, nökərə kim baha verər?!
Nökərəm ol şəhidə ki, eşqi dilə səfa verər,
Türbətinə fəda olum, hər mərizə şəfa verər
Baqi odur cahan fəna, ömrüm Hüseynsiz olmasın.

Aşiqi dəra çəksələr, canı deyər Hüseyn Hüseyn
Başını kəssələr axan, qanı deyər Hüseyn Hüseyn,
Eşqə desəm ki, mədrəkin hanı deyər, Hüseyn Hüseyn
Candır mənə o müqtəda, ömrüm Hüseynsiz olmasın.

Birgün olar ki, sirri eşq aləmə bərməla olar
Kəbəyi eşq o beyti həqq, yerləri cabəca olar
Yəni təmami aləmin, qibləsi Kərbəla olar
Kəbə özü edər nida, ömrüm Hüseynsiz olmasın.

Özgə qızıl yığar ama, bizlərə əşg tuşədi
Göz yaşı üzdə ağ qızıl, xəlqi siyah puşədi
Qurban olum o şaha ki, mərqədi altı guşədi
Adı gəlir deyir səba, ömrüm Hüseynsiz olmasın.

Ömr Hüseynsiz olsa gər, bəndə gunahkar olar
Rəxti sefidi geysə də, bəxti siyahkar olar
Eşqi düz olsa nökərin, hər işi şahkar olar
Şahım Hüseyndir mən gəda, ömrüm Hüseynsiz Olmasın

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

Telegram
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #OmrumHuseynsizOlmasin #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Category

🎵
Music

Recommended