• 4 months ago
Seyyid Taleh - Ey vay Ruqəyyə - Getdin qonaq Peyğəmbərə (Məhərrəm Ayı 2020)
Söz/Mus : Anonim
Aranjiman : Fəriborz Xatəmi
Video montaj : Əhlibeyt (a,s) aşiqi (adının qeyd olunmasını istəmir)
Maddi dəstək : Məhbubə xanım

Sözlər:
Lay-lay gülü, nazım bala
Həm dərdu həm razım bala
Ayrıldın əmməndən niyə
Yat xırda sərbazım bala
Can xırda sərbazım bala

Ey vay Ruqəyyə (3)
Lay - lay Ruqəyyə

Gördün təbəqdə qanlı baş
Ruxsarə tökdün qanlı yaş
Bildin ağac möhkəm dəyib
Öpdün bu ləblərdən yavaş

Sən naz edərdin afaqa
Batdın niyə toz-torpağa
Get bəlkə tapdın Əsğəri
Lay-lay de qanlı qundağa

Ey vay Ruqəyyə (3)
Lay - lay Ruqəyyə

Sən ağlıyanda ağladım
Dil dağladın, dil dağladım
Can üstə sən Əkbər dedin
Axır gözün mən bağladım

Nə haldasan billəm bala
Dərdin çəkib ölləm bala
Burda səni tək qoymaram
Getsəm yenə gəlləm bala

Dərdin bala gizlətmərəm
Dağın fəramuş etmərəm
Sənsiz əgər imkan ola
Mən Kərbəlaya getmərəm

Getdin qonağ Peyğəmbərə
Çatdın vüsali Əkbərə
Get ayrılıq dərdin danış
Babəl həvaic Əsğərə

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Facebook
https://www.facebook.com/seyyid.taleh/?

instagram
https://www.instagram.com/seyyidtalehboradigahi/

Tiktok
https://www.tiktok.com/@seyyidtalehboradigahi

Twitter
https://x.com/taleasadov?s=11

Telegram
https://t.me/seyyidtalehbakui

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.

#SeyyidTalehBoradigahi #EyvayRuqeyye #SeyyidTaleheyvayRuqeyye

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Category

🎵
Music

Recommended